ABŞ administrasiyası dağıdıcı zəlzələnin baş verdiyi Venesuelaya axtarış-xilasetmə qrupları göndərəcək.
Hafta.az xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio bu barədə özünün sosial media hesabında yazıb. “ABŞ bu çətin dövrdə Venesuela xalqının yanındadır. Birləşmiş Ştatların Prezidenti Donald Trampın göstərişi ilə Dövlət Departamenti dərhal Venesuelaya axtarış-xilasetmə qrupları, tibbi resurslar və humanitar yardım göndərir”, - deyə Marko Rubio bildirib.
Donald Tramp bir müddət öncə müvafiq qurumlara Venesuelada baş verən güclü zəlzələyə sürətli reaksiya verməyə hazır olmağı tapşırmışdı.
Xatırladaq ki, iyunun 24-də axşam saatlarında Karakasdan şimal-qərbdə güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidməti 7,2 və 7,5 bal gücündə iki silsilə təkan qeydə alıb. İndiyədək təbii fəlakət nəticəsində 32 nəfərin öldüyü, 700 nəfərin isə yaralandığı təsdiqlənib.