İlin ən məhsuldar futbolçuları açıqlandı

11:42 02.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2024-cü ildə milli çempionatlarda ən çox qol vuranlar bəlli olub.

Hafta.az İdman.biz-ə istinadən xəbər verir ki, İFFHS ilin ilk iki ayında yüksək liqalarda ən azı 7 dəfə fərqlənənlərin cədvəlini açıqlayıb.

Ən məhsuldar oyunçular siyahısına Martin Kauteruççio başçılıq edir. Uruqvaylı bombardir “Sportinq Kristal”ın forması ilə Peru çempionatında 13 qol vurub.

İtaliyalı İmre Badalassi San-Marinoda “Tre Penne”nin heyətində 12 dəfə fərqlənib. PSV-nin forvardı Lük de Yonq bu il 10 qola imza atıb.

Qeyd edək ki, bu il 40 futbolçu ən azı 7 qol vurub.

Oxunma sayı 154