Yazını böyüt
Yazını kiçilt
ABŞ və İran arasında anlaşma memorandumu imzalandıqdan dərhal sonra qüvvəyə minib.
Hafta.az xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif X sosial səhifəsində bu barədə yazıb.
"Anlaşma Memorandumu dərhal qüvvəyə minir və ilk addım olaraq, İran İslam Respublikası dərhal Hörmüz boğazını açacaq və Amerika Birləşmiş Ştatları dərhal dəniz blokadasını ləğv edəcək", - deyə o qeyd edib.
Şahbaz Şərif memorandumun hər iki ölkənin prezidentləri tərəfindən imzalandığını və vasitəçi kimi özü tərəfindən də təsdiqləndiyini bildirib.
Pakistanın baş naziri vurğulayıb ki, bu sazişin hər iki ölkə hökumətlərinin ən yüksək səviyyəsində imzalanması hər iki tərəfin münaqişənin diplomatik yolla həllinə sadiqliyini nümayiş etdirir.