İranla münaqişə 1-2 ay davam edərsə...

08:37 17.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranla müharibə 1-2 ay davam edərsə, Türkiyə hökuməti iqtisadi təsirləri nəzarət altında saxlaya biləcək. Lakin münaqişə daha uzun müddət davam edərsə, ölkədə ciddi inflyasiya riski yaranacaq.

Hafta.az xəbər verir ki, bu fikri Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek yerli telekanallara açıqlamasında bildirib.

Nazir qeyd edib ki, hazırda həm Qırmızı dənizdə, həm də Hörmüz boğazında ciddi problemlər mövcuddur və bu, qlobal ticarətə təsirsiz ötüşmür:

“Əlbəttə, müharibə səbəbindən ciddi bir şokla qarşılaşırıq. Təsirini görməzdən gəlmək olmaz, lakin neqativ yükü mümkün qədər idarə etməyə çalışırıq. Məsələn, enerji qiymətlərindəki artışın fəsadlarını azaltmaq üçün bəzi vergi dərəcələrini azaldıq. Bununla belə, bu addımlar müvəqqəti xarakter daşıyır. Neft bazarındakı “şok” Türkiyədəki deflyasiya prosesini zəiflədə bilər”.