İsrailli modelin oteldən qovulması qalmaqala çevrildi

09:45 09.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Misirdə oteldən qovulan amerikalı reper Trevis Skottun konsertinə qatılacaq israilli model Şey Zankonun oteldən qovulması Misir ictimaiyyətinin gündəminə çevrilib.

Hafta.az-ın "The Jerusalem Post" qəzetinə istinadən yazdığına görə, model Şey Zanko dəvətlə Skottun konsertinə qatılmaq üçün Misirə gəlib. Konsertin ləğv edilməsinə baxmayaraq, Zanko Misirin turistik yerlərini ziyarət etmək istəyib. Misirə gəldikdən bir gün sonra qaldığı otel Zankodan israilli olduğunu bilən kimi oteli tərk etməsini istəyib. “The Jerusalem Post” məşhur modelin “Çox əsəbiyəm və özümü pis hiss edirəm” dediyini yazıb. Qəzet Zankonun oteldən hava limanına getdiyini və birbaşa Parisə uçduğunu qeyd edib.

Misirin bəzi turistik yerlərini gəzən Zanko Sfinks heykəlinin yanında və piramidaların qarşısında çəkdirdiyi fotolarını İnstaqram hesabında paylaşıb.

Yerli mətbuat otelin hadisə ilə bağlı araşdırma apardığını bildirərkən, Misir Turizm və Tarixi Əsərlər Nazirliyinin media müşaviri Nevinə əl-Aref, "Bu hadisədə adı çəkilən otelin turizm lisenziyası yoxdur. Bu isə o deməkdir ki, otel Turizm və Qədim Əsərlər Nazirliyinin nəzarətində deyil. Belə hallarda proseslərə birbaşa nəzarət edilir” deyib.

Bu hadisə ərəblərin də reaksiyasına səbəb olub. “Boycott4Pal” adlı bir sayt deportasiya hadisəsini satirik şəkildə uyduran bir yazı dərc edib. Peyc Misir xalqının israilliləri qəbul etməməyə münasibətini yüksək qiymətləndirib. Səhifədə "Qəhrəman Misir xalqına - ən cəsur xalqa salam olsun" yazılıb.

Mərakeşli fəal Əhməd Şüqayri Zankonun oteldən qovulması xəbərini paylaşaraq “Cəsur misirlilərə salam olsun” paylaşıb.

Skott ona qarşı irəli sürülən ittihamları rədd edib, o cümlədən onu konsert zamanı qəribə ayinlərə əməl etməkdə ittihamlayaraq, misirliləri şayiələrə inanmamağa çağırıb. Skott deyib: “Mənim heç bir qəribə ritualım yoxdur. Mütəmadi olaraq kilsə mərasimlərində iştirak edən dindar ailə üçün bu hərəkətlər normaldır”.