ABŞ  Ermənistanın Rusiya və İrandan asılılığını azaltmaq üçün maliyyə ayırdı

13:39 19.02.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) “Ermənistanın enerji sektorunun təhlükəsizliyini təmin etmək” proqramına əlavə maliyyə ayırdığını açıqlayıb. Sənəddə deyilir ki, daha 5 milyon dollar Ermənistanın Rusiya və İran təbii qazından “asılılığını azaldacaq” elektrik enerjisi layihələrinin icrasını sürətləndirmək üçün yönəldiləcək.

Hafta.az xəbər verir ki, bu haqda “Rambler” məlumat yayıb.

Sənəddən məlum olur ki, Amerika agentliyinin Ermənistandakı layihəsini “Tetra Tech” həyata keçirir. Əlavə maliyyə ayrıldıqdan sonra onun büdcəsi 15,7 milyon dollar təşkil edəcək.

Əlavə maliyyə ilə "Tetra Tech" bərpa olunan enerji mənbələrindən istifadəni artıracaq və Ermənistanın Rusiya və İran təbii qazından asılılığını azaldacaq əsas elektrik layihələrinin sürətləndirilməsi  üçün texniki yardım və digər xidmətlər göstərəcək”, - sənəddə qeyd olunur.

Amerikalı analitiklər narahatdırlar ki, Rusiya Ermənistanı, o cümlədən enerji sektorunda rıçaqlar vasitəsilə seçdiyi “demokratik islahatlar” yolundan dönməyə “məcbur edə” bilər.

“Ermənistan və ABŞ hökumətləri Rusiyanın təbii qaz tədarükü də daxil olmaqla enerji sektorunda geo-iqtisadi rıçaqlardan istifadə edərək Ermənistanı yolundan dönməyə məcbur edə biləcəyindən ciddi narahatdırlar və bu, regionda demokratik ölkədə qalan sabitliyi təhdid edir ”, - deyə USAID vurğulayır.