“ABŞ anlayır ki, Azərbaycan Cənubi Qafqazın ən əhəmiyyətli ölkəsidir. Cırtdan Ermənistan üçün Türkiyə kimi strateji müttəfiq olan bir ölkəni itirmək ABŞ üçün yaxşı deyil. Ona görə də ABŞ-ın Azərbaycanla münasibəti, yanaşma tərzi dəyişməlidir. Əgər əməkdaşıq istənilirsə, bu, səmimi, qarşılıqlı maraqlar müstəvisində təmin olunmalıdır”. Bunu hafta.az-a politoloq Natiq Miri deyib.
N.Miri bildirib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) qlobal güc olaraq hər zaman iqlim dəyişikliyi ilə bağlı olan bütün konfranslarda, tədbirlərdə maraqlı olmaqla yanaşı, iştirakçı, təşəbbüsçü olub. O, bu baxımdan Cop 29 kontekstində Azərbaycan-ABŞ əməkdaşlığını müsbət amil kimi dəyərləndirib.
N. Miri bununla yanaşı hesab edir ki, bunu ABŞ-ın geosiyasi maraqları ilə qətiyyən qarışdırmaq olmaz.
“Azərbaycan ABŞ-la münasibətlərin, əməkdaşlığın normal müstəvidə inkişaf etməsində maraqlıdır. Lakin ABŞ-ın ölkəmizə mövqeyi ədalətli, beynəlxalq hüququ çərçivəsində olmadıqca sərin münasibətlər davam edə bilər. Çünki ABŞ-ın Azərbaycandan istəkləri və yerinə yetiriləcək bəzi tələbləri var. Azərbaycan bunu özünün milli maraqlarına uyğun hesab etmir və bu da ABŞ-Azərbaycan münasibətlərinə kölgə düşürürdü. Bu gün bu kölgənin tamamilə aradan qaldırıldığını söyləmək mümkün deyil. Çünki ABŞ-ın Azərbaycanın ərazilərini 30 işğalda saxlayan bir dövlətə deyil, Azərbaycana qarşı bu cür davranışı anlaşılan deyil. Xüsusilə də ABŞ dövlət katibinin köməkçisi O-Braynın Azərbaycana açıqlamaları Bakının səbr kasasını daşırdı, Azərbaycan-Ermənistan danışıqlarında vasitəçiliyinin üzərindən xətt çəkildi. Təbii ki, bitərəfliliyi pozan tərəf bu prosesdə vasitəçi ola bilməz. Eyni davranışla Fransa da özü -özünü oyundan kənar vəziyyətə saldı. Təbii ki, münasibətlər beynəlxalq hüquqa söykənən ədalətli, qərəzsiz yanaşma, əməkdaşlıqla genişlənə bilər. ABŞ o dövlətdir ki, hər zaman özünün qərarlarının başqa dövətlər tərəfindən qəbul olunmasını istəyir. ABŞ hegemon güc olaraq daim özünün qərarlarını ədalətli, normal hesab edir və bunü bütün dünyanın, bəşəriyyətin qəbul eməsini istəyir. Bu tək Azərbaycanla deyil, qardaş Türkiyə ilə münasibətdə də belədir. ABŞ-Türkiyə münasibətləri uzun illərdir normal səviyədə tənzimlənə bilmir. Çünki ABŞ Türkiyəni NATO-nun əlavəsi, vassal dövləti kimi görür. Ancaq Türkiyə o Türkiyə deyil. ABŞ oyunlarını pozan, özü də oyunçu olan güclü Türkiyənin varlığını qəbul etmədikcə, ABŞ-Türkiyə münasibətlərinə müsbət mənada yanaşmaq mümükün olmayacaq. Lakin Türkiyə dünya çapında özünə yer etmiş güclü bir dövlətdir. Azərbaycan da artıq müstəqil, güclü dövlətdir. ABŞ Azərbaycanla əməkdaşlıq etmək istəyirsə bu məqamları nəzərə almalıdır”.