ABŞ-nin Azərbaycandakı səfirliyi Anım Günü münasibətilə paylaşım edib

12:43 27.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin Azərbaycandakı səfirliyi 27 Sentyabr – Anım Günü münasibətilə paylaşım edib.

Hafta.az xəbər verir ki, paylaşımda deyilir:

“Sentyabrın 27-də Azərbaycanın Anım Günündə Azərbaycan və Ermənistan arasında münaqişədə həlak olanların ailələrinə başsağlığı veririk. Bu gün Səfirliyimiz münaqişədə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edəcək. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün dinc və firavan gələcəyin təşviqinə sadiqdir”

Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.

Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.