“ABŞ Ukraynada münaqişənin tezliklə bitməsini istəmir” – Rusiya səfiri

10:04 02.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bəyan edib ki, ABŞ-ın Ukraynaya yüksək dəqiqli bombalar göndərməsi onun münaqişənin tezliklə həllinə nail olmaq istəməsi ilə bağlı bəyanatlarına ziddir.

Hafta.az-ın yazdığına görə, səfir deyib: “Daha bir uzunmənzilli döyüş sursatının təmas xəttinə doğru getməsi ilə bağlı bugünkü elan Ağ Evin münaqişənin tez bir zamanda sona çatması istəyi ilə bağlı hər hansı iddiasını rədd edir”.

Digər tərəfdən, Ukraynanın müttəfiqlərini xəbərdar edib ki, Rusiya hər gün cəbhə xəttində Ukraynadan üç dəfə artıq atəş gücü yerləşdirdiyi üçün Kiyev "təhlükəli artilleriya mərmiləri" çatışmazlığı ilə üzləşib.

“Bloomberg” xəbər verir ki, Ukraynanın müdafiə naziri Rüstəm Umarov bu həftə Avropa İttifaqındakı həmkarlarına məktub yazıb və onun qüvvələrinin Rusiyanın yeni hücumlarını dəf etməyə çalışarkən üzləşdiyi böyük say çatışmazlığını təsvir edib.

Umarov bildirib ki, Ukrayna 1500 kilometr uzunluqda olan cəbhə xəttinə gündə 2 mindən çox mərmi ata bilməz ki, bu da Rusiyanın istifadə etdiyi sursatın üçdə birindən azdır.

Bundan əlavə, Umarov Ukraynada silah çatışmazlığının getdikcə pisləşdiyini bəyan edib və müttəfiqləri öhdəliklərini yerinə yetirmək üçün daha çox iş görməyə çağırıb.