Yazını böyüt
Yazını kiçilt
Zəngilan rayonunun Ağalı kəndində 8 Noyabr - Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub. Bayram tədbirində Ağalı kəndinin sakinləri, Zəngilan rayonunda fəaliyyət göstərən dövlət və özəl qurumların nümayəndələri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, konsert proqramında incəsənət xadimlərinin təqdimatında qələbə əhval-ruhiyyəli musiqi bəstələri ifa olunub. Həmçinin, tədbirdə kənd sakinləri çıxış edərək, bu böyük günü onlara yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, igid Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirib, şəhidlərimizə Allahdan rəhmət, qazilərə isə cansağlığı diləyiblər.