30 kənd qazsız QALACAQ

23:39 22.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamın 30 kənd və 15 qəsəbəsində qazın verilişində fasilə yaranacaq.

Hafta.az xəbər verir ki, qaz xətlərində aparılacaq təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar olaraq qeyd olunan yaşayış məntəqələrinə təbii qazın verilişi dayandırılacaq.

Qaz təchizatında yaranacaq məhdudiyyətin işlər başa çatdıqdan sonra aradan qaldırılması və abonentlərin yenidən təbii qazla təmin olunması nəzərdə tutulur.

Sakinlərdən qaz avadanlıqlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etmələri xahiş olunur.