Alla Puqaçova və Maksim Qalkin həmişəlik ABŞ-a köçəcək - İDDİA

15:38 25.07.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalından dərhal sonra İsrailə getmək qərarına gələn Alla Puqaçova və Maksim Qalkin orada uzun müddət qalmağı planlaşdırmırlar. Rusiya mətbuatı xəbər verir ki, onlar ABŞ-a köçmək üçün artıq sənədləri hazırlayırlar.

Hafta.az bildirir ki, "Star News" Telegram kanalı Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı Roman Xudyakova istinadən xəbər verir: "Puqaçeva və Qalkin həmişəlik ABŞ-a köçəcəklər. Qalkinlər ailəsi artıq sənədləşdirmə işləri ilə məşğuldur”.

Maksim Qalkinin özü və həyat yoldaşı Al Borisovna Puqaçova bu məlumatı şərh etməyiblər.
Qeyd edək ki, Qalkin öz anti-müharibə mövqeyini bildirdikdən və ukraynalıları dəstəklədikdən sonra Rusiya Federasiyasında ona qarşı real təqiblər başlayıb.

Oxunma sayı 235