Almatı hava limanı normal iş rejiminə qayıdıb

09:38 19.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almatı beynəlxalq aeroportu normal iş rejimində çalışmağa baışayıb.

Hafta.az xəbər verir ki, bunu hava limanının mətbuat xidmətindən bildiriblər.

"Almatıda fövqəladə vəziyyətin və komendant saatının başa çatması ilə əlaqədar 19 yanvar 2022-ci il saat 00:00-dan etibarən Almatı Beynəlxalq Hava Limanı adi rejimdə fəaliyyətə başlayır”, - deyə hava limanının mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Almatı hava limanı yanvarın 13-də fəaliyyətini bərpa edib. Şəhərdə komendant saatı ilə əlaqədar olaraq hava limanı səhər saat 08:00-dan 21:00-a kimi fəaliyyət göstərib.

Oxunma sayı 28