AQTA İsmayıllıda toy məclisində zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb

12:24 28.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllıda həyətyanı sahədə keçirilən kiçik toy məclisində qidadan zəhərlənmə ehtimalı ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət işçi qrupu hadisə yerinə ezam olunub.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a bildirilib ki, hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

Aparılan araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək.