Heyvanların identifikasiyası nə üçün vacibdir?

15:22 14.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kənd təsərrüfatı heyvanlarının identifikasiyası qanunvericiliyin tələbidir və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi - AQTİS vasitəsilə həyata keçirilir.

Bu barədə Hafta.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, identifikasiya sistemi "Fermadan süfrəyə" prinsipi üzrə qida təhlükəsizliyi zəncirinin etibarlı fəaliyyətini təmin edir. Heyvan itirildikdə və ya oğurlandıqda identifikasiya sistemi heyvan sahibinin müəyyən edilməsinə və məlumatların hüquqi sübut kimi istifadə olunmasına imkan yaradır.

Heyvanların identifikasiyası sadəcə nişanlama deyil. Bu, sağlam heyvanların, təhlükəsiz qidanın və etibarlı baytarlıq nəzarətinin əsas şərtidir.