Araik Arutyunyan o nazirə nə təklif etdi?

14:07 16.02.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi,  Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi müstəntiqin sabiq iqtisadiyyat naziri Vaan Kerobyan barəsində həbs-qətimkan tədbiri olaraq 2 ay müddətinə ev dustaqlığının tətbiqi ilə bağlı vəsatətini təmin edib. Qeyd edilir ki, sabiq nazirin həbsi ilə bağlı vəsatətin müzakirəsi gecə saatlarına qədər davam edib. 

Hafta.az  xəbər verir ki, “Hraparak” nəşri  erməni nazirin həbsindən öncə baş verənlərin maraqlı təfərrüatını açıqlayıb.

“Məhkəmənin qərarı dərc edilməzdən əvvəl Kerobyan jurnalistlərin suallarına cavab olaraq bildirib ki, ona ərizə yazıb postundan getməyi təklif ediblər.

“Bəli, ərizə yazmağımı Araik Arutyunyan təklif etdi. Baş nazirlə də danışdım, ümumi işə görə bir-birimizə təşəkkür etdik”, - deyə o bildirib.

Yeri gəlmişkən, artıq ənənəyə çevrilir ki, Paşinyan “qara siyahısı”ndakı məmurlara daha onlarla işləmək istəməməsinin səbəbini izah etməyi lazım görmür, sadəcə başqa məmurlar vasitəsilə təlimatını çatdırır”,- erməni nəşri belə yazır.