Ata qızını boğub öldürdü 

15:10 15.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda qətl hadisəsi baş verib.

Hafta.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin “Tuqzavod” yaşayış massivində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Cəfərova Zəminə Salam qızı aralarında olan münaqişə zəminində atası tərəfindən naqillə boğularaq öldürülüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Qətli törətməkdə şübhəli bilinən ata saxlanılıb, faktla bağlı araşdırma aparılır.