“Auchan”, “Globus” və “Metro” Rusiyadan çıxır

10:45 07.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Auchan”, “Atak”, “Metro Cash & Carry”, “Globus” və “Selgros” pərakəndə satış şəbəkələri sanksiyalara görə Rusiyanı tərk edə bilər.

Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, bu xəbərdarlıq baş nazirin iqtisadiyyata cavabdeh olan birinci müavini Andrey Belousovun hökumət başçısı Mixail Mişustinə yazdığı məktubda bildirilib.

Xəbərdə deyilir: "Əldə etdikləri ticarət infrastrukturunun nəhəng miqyasına baxmayaraq, Sənaye və Ticarət Nazirliyi hələ də bu pərakəndə satış şəbəkələrinin Rusiya bazarından çıxma riskini daşıyır. Şirkətlər böyük siyasi təzyiq altındadırlar”.

Xarici pərakəndə satış şəbəkələrinin Rusiyadan getmə problemini çözmək üçün əvvəllər yerli ticarət şirkətlərinin xarici aktivlərin alınmasına qoyulan qadağa götürülüb.

Fransız “Auchan”, “Atak”, Alman “Metro Cash & Carry”, “Globus”, “Selgros” kimi şirkətlərin Rusiyanın 49 bölgəsində 483 pərakəndə satış obyekti, 2 mindən çox mal və xammal tədarükçüsü ilə işləyən öz paylama mərkəzləri və istehsal müəssisələri, 50 mindən çox işçisi var.