Avropa Ittifaqının "müşahidə missiyası" niyə susur? - Açıqlama

15:08 13.02.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bu, Qərbin və Avropanın açıq şəkildə regionu müharibəyə cəlb etməsidir. Azərbayan “Qisas”la məkirli qüvvələrin cavabını versə də, regionda gərginliyi saxlamaqda olan xarici güclər öz qərəzli niyyətindən əl çəkmir. Bununla belə Ermənistan törətdiyi təxribatı qəbul edir və hərbi polis tərəfindən araşdırılacağı bildirilir. Ermənistan “dəmir yumruğu” yada salmalıdır”.

Bunu hafta.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə Ermənistanın Avropa İttifaqı missiyasının gözü qarşısında törətdiyi hərbi təxribatlarla bağlı bildirib.

M.Əsədullazadə hesab edir ki, Avropa İttifaqının yarım hərbi missiyasının Ermənistanda Azərbaycanla sərhəd ərazidə müşahidə aparması Fransanın regionda apardığı kəşfiyyat hərəkətliliyinin tərkib hissəsidir. Onun fikrincə, Qərbin müəyyən mərkəzləri Avropa İttifaqı ilə pərdələnərək Azərbaycan-Ermənistan sərhəddində möhkəmlənmək niyyəti güdür. Fransanın riyakar siyasəti nəticəsində Ermənistan sülh prosesini uzadır, sabitliyi pozur.

“Əgər Azərbaycan tərəfindən belə bir hadisə törədilmiş olsaydı, bu gün Aİ-nin Azərbaycana qarşı sərt mövqeyinin şahidi olardıq. Amma Avropa İttifaqının missiyası Ermənistanın törətdiyi cinayətə göz yumur, susqunluq nümayiş etdirir. Yenə də ikilistandartlı yanaşmalar ortada. Bu da onu göstərir ki, Aİ-nin mülki missiyasının məqsədi belə təxribatları həyata keçirib, nəticədə Azərbaycana qarşı sanksiyaların tətbiqinə nail olmaqdır”.