Avropa Şurasının baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

15:39 13.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa Şurasının baş katibi Mariya Pejçinoviç-Buriç Ermənistan-Azərbaycan şərti sərhədində baş verən atışmalarla bağlı xəbərlərdən narahatlığını bildirib.

Hafta.az xəbər verir ki, Mariya Pejçinoviç-Buriç Burić X sosial şəbəkəsində (keçmiş tvitter) yazıb.
 

“Ermənistan-Azərbaycan sərhədində atışma xəbərləri bizi narahat edir. Biz hər iki tərəfi güc tətbiq etməkdən çəkinməyə çağırırıq. Dialoq davamlı sülhə aparan yeganə yoldur”.