Azərbaycan boksçusu İtaliyada lisenziya turnirinə qələbə ilə start verib

19:12 03.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turnirinə start verilib.

Hafta.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Nicat Hüseynov (51 kiloqram) mübarizəyə qoşulub.

İkiqat Avropa çempionumuz 1/32 final çərçivəsində Deepak Deepakı (Hindistan) sınağa çəkib. N.Hüseynov gərgin keçən döyüşdə son dünya çempionatının bürünc medalçısını 3:2 (29:28, 28:29, 29:28, 27:30, 29:28) hesabı ilə məğlub edib.

Yığma üzvü ikinci görüşündə ilk mərhələdən azad olan Sahil Alahverdovi (Gürcüstan) ilə üz-üzə gələcək. Döyüş martın 6-da baş tutacaq.

Oxunma sayı 155