Azərbaycan fındığı Kolumbiyada yetişdiriləcək – Səfir  

12:05 09.07.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın quru subtropik iqlimi üçün xarakterik olan nar meyvəsinin Kolumbiyada da yetişdirilməsi kimi bir təcrübə prosesinə start verilmişdi. Maraqlıdır, bu layihə özünü doğrultdumu? 

Kolumbiyanın ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas Hafta.az-a açıqlamasında deyib ki, 2018-ci ildə hər iki ölkənin maraqları çərçivəsində başlanan bu proses çərçivəsində Kolumbiyada nar bağları salınıb və çox da yaxşı nəticə əldə olunub.

“Üç il əvvəl icra olunan bu layihə texniki əməkdaşlığa dair bütün qapıları üzümüzə açdı. Biz bu cür əməkdaşlığı yüksək qiymətləndiririk. Heç də əməkdaşlığı nar bağları ilə yekunlaşdırmayacağıq və hazırda digər bitkilərlə bağlı planlarımız mövcuddur. Məsələn, Azərbaycanda yetişdirilən və ölkəyə yüksək gəlir gətirən fındıq bağları diqqətimizi çəkir. Hesab edirəm ki. Kolumbiyada bu meyvənin bağlarını da salmaq mümkündür”, - kolumbiyalı diplomat qeyd edib.