Azərbaycan səfirliyi hələ Kiyevə qayıtmayıb - RƏSMİ

12:31 06.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Ukraynadakı səfirliyi Lvovda fəaliyyətini davam etdirir.

 

Bu barədə hafta.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.

 

Bildirilib ki, hazırda səfirlik vətəndaşlarımızın Ukraynadan təxliyəsi ilə məşğuldur.

 

Xatırladaq ki, Ukraynada vəziyyətin kəskinləşməsi və Kiyev şəhəri üçün təhlükənin artması fonunda mart ayının əvvəllərində azərbaycanlı diplomatlar paytaxtdan Lvova köçürülüblər.