Azərbaycan XİN Fransanı təbrik edib

20:45 14.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Milli Gün münasibətilə Fransanı təbrik edib.

Bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib.

“Fransanın Milli Günü münasibətilə bu ölkənin hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, Fransa!”, - təbrikdə bildirilib.