Yazını böyüt
Yazını kiçilt
2026-cı ilin yanvar-may aylarında Azərbaycanda mis konsentratı istehsalı 9223,2 ton və ya 11,1 dəfə artaraq 10 min 140,5 ton təşkil edib.
Dövlət Statistika Komitəsindən hafta.az-a bildirilib ki, iyunun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 6280,4 ton və ya 79 dəfə artaraq 6360,9 ton olub.
Qeyd edək ki, 2025-ci ilin eyni dövründə mis konsentratı istehsalı 917,3 ton, hazır məhsul ehtiyatı isə 80,5 ton təşkil edib.