Rusiyada həmişə “suyu bulandıran” Salovyov kimi müəyyən sözçülər olub, bu gün də var. Bu adamlar ara qarışdırmaqdan başqa iş bilmirlər. Ermənilər iddialarından əl çəkməyərək yenə də Qarabağa status verilməsi yönündə cəfəng fikirlər işlədirlər. Bunlar ölkəmizə qarşı təxribatlardır.
Bu fikirləri hafta.az-a Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev deyib:
"Rusiya Prezidenti Vladimir Putin Qarabağın Azərbaycan torpağı olduğunu deyib. Bu yaxınlarda Ermənistanın xarici işlər naziri çıxışında deyirdi ki, Qarabağ məsələsi Azərbaycann xeyrinə həll olunacaq.
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin tənzimlənməsi, sülh sazişinin bağlanması üçün ermənilərə əlavə 5 maddədən ibarət təkliflər göndərib. Biz addım-addım öz işimizi görürük. İran İslam Respublikası ilə olan anlaşılmazlıqlar aradan qaldırılıb. İranla Azərbaycan arasında yolların çəkilməsi ilə bağlı sənədlərə imza atılıb. Şərqi Zəngəzur yolunun açılması, Avropaya çıxışın olması İran üçün də maraqlıdır. İndi artıq hiss olunur ki, Azərbaycanın Qarabağ ərazilərində - Xocalıda, Xankəndidə olan rus sülhməramlıları oradan çıxarılır.
Belə məlumatlar var ki, əsgərlər Ukraynaya getməkdən qorxduqları üçün çıxmaq istəmirlər. Məlumatlardan da görünür ki, Rusiya Ukraynaya aparmaq üçün Suriyada, Livanda əlavə qoşun axtarır. Yəmən buna etiraz edərək, bu prosesin qarşısını alıb. Çin də Rusiyanın hərbi qoşunla bağlı müraciətinə etiraz edib. Ona görə də Rusiya Qarabağda yerləşən sülhməramlıları çıxararaq Ukraynaya aparır. Bizim üçün yaxşı məqam yaranıb.
Azərbaycan Xocalıya, Xankəndiyə girib öz nəzarətini bərpa edə bilər. Rusiyanı hazırda Xocalı maraqlandırmır, onu Ukrayna müharibəsi düşündürür.