Azərbaycanda məşhur otel BAĞLANDI

17:03 27.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zaqatala şəhərində yerləşən "Zaqatala" hotelinin fəaliyyəti qismən məhdudlaşdırılıb.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Zaqatala şəhərində yerləşən "Zaqatala" hotelində keçirdiyi yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Həmin mehmanxananın fəaliyyətinin qismən məhdudlaşdırılması barədə qərar qəbul olunub.