Azərbaycanda zəlzələ oldu

09:50 11.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllıda zəlzələ olub.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar bu gün yerli vaxtla saat 08:00-da İsmayıllı stansiyasından 3 km şimalda İsmayıllı rayonunda qeydə alınıb.

Maqnitudası 3, dərinliyi 7 km olan zəlzələ hiss olunmayıb.