Azərbaycanın sərhədləri Batum müqaviləsinə ƏSASLANARAQ TANINMALIDIR

17:20 26.10.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 8-9-da Rusiyada keçirilməsi planlaşdırılan üçtərəfli görüşdə yeni sənədin imzalanacağını gözləyirəm.

Bu fikirləri hafta.az-a siyasi şərhçi Yasəmən Qaraqoyunlu deyib.

Y.Qaraqoyunlu hesab edir ki, əgər Ermənistanla-Azərbaycan arasında yeni sülh sazişinin bağlanılmasından söz gedirsə, sərhədlərin demorkasiyasi, delimitasiyası  gündəmdədirsə, Azərbaycanın sərhədləri Batum müqaviləsinə əsaslanaraq tanınmalıdır.

“Azərbaycan 1918-20-ci illərə qədər olan torpaqlar çərçivəsində Ermənistanın müstəqillyini tanımaldır. Ermənistanın Zəngəzur da daxil olmaqla, 1920-ci ildən 1988-ci ilə qədər SSRİ rəhbərliyinin qərar və qətnamələri ilə Azərbaycandan aldığı bütün torpaqlar tarixi Azərbaycan torpaqlarıdır, bu torpaqları Ermənistana vermək olmaz. Ona görə hətta Azərbayacan hökuməti Ermənistanın ərazi bütövlüyünü tanısa belə, biz Ermənistanda doğulmuş  və Ermənistan vətəndaşı olmuş Azərbaycan türkəri bu qərarı və  Ermənistanın torpaq bütünlüyünü və sərhədlərini tanımayacağıq. Azərbaycan hökuməti Ermənistanın SSRİ-dən çıxdığı dönəmdə sahib olduğu sərhədləri tanımamalıdır. Bunu tanımaq Azərbaycan tarixinə, Azərbaycan türklərinin iradəsinə ziddir”.

Siyasi ekspert Azərbaycan prezidentinin noyabrın 12-də Türkiyəyə səfər etməsini alqışlayıb. Onun fikrincə, bu səfər Azərbaycan-Türkiyə strateji müttəfiqliyini təsdiq və təsbit edən faktordur.

Oxunma sayı 1568
Siyasət rubrikasından digər xəbərlər