Bu gün Azərbaycanla Polşa arasında diplomatik münasibətlərin qurulmasından 32 il ötür.
Hafta.az-ın yazdığına görə, məhz 1992-ci il fevralın 21-də tarixən sıx əlaqələrə malik bu iki ölkə arasında diplomatik münasibətlərin təsisi haqqında sənəd imzalanıb.
Polşa hökuməti 27 dekabr 1991-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikasını müstəqil dövlət kimi tanıyıb və onunla dövlətlərarası münasibətlər qurmağa hazır olduğunu bildirib. Bir ay keçməmiş, 1992-ci il yanvarın 24-də Polşanın o vaxtkı xarici işlər naziri olmuş Kjıştof Skubişevski, Azərbaycan diplomatiyasının o zamankı rəhbəri Hüseynağa Sadıqova müvafiq nota göndərib. Cavab 1992-ci il fevralın 21-də gəlib və məhz bu gün Azərbaycanla Polşa arasında diplomatik münasibətlərin qurulmasının tarixi hesab olunur.