Mikayıl Mərdinli Mossovet Teatrının Beynəlxalq Rejissor Laboratoriyasının finalçısı olub

21:45 04.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mossovet adına Dövlət Akademik Teatrının “Uşaq nağıllarının klassikləri” adlı Beynəlxalq Rejissor Laboratoriyasının birinci mərhələsi başa çatıb. Seçimlərin nəticələrinə əsasən, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru Mikayıl Mərdinli müsabiqənin dörd finalçısından biri olub.

Hafta.az xəbər verir ki, Mossovet Teatrına 6 yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulan uşaq tamaşasının hazırlanmasına dair Rusiya, Belarus, Qazaxıstan, Azərbaycan, Çin və digər ölkələrdən gənc rejissorlar, teatr məktəblərinin məzunları və tələbələri tərəfindən 140-dan çox müraciət daxil olub.

Təqdim olunan materiallar arasında xalq nağılları, həmçinin Qrimm qardaşlarının, Şarl Perronun, Hans Kristian Andersenin, Aleksandr Puşkinin, Antoni Poqorelskinin, Oskar Uayldın, Selma Lagerlöfün, Lyuis Kerrollun, Yuri Oleşin, Konstantin Paustovskinin və digər müəlliflərin nağılları yer alıb.