Cəlilabaddakı ağır qəzada 4 nəfər yaralanıb

15:29 04.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Hafta.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

"ZiL" və KIA markalı maşınlarının toqquşması nəticəsində yük maşını idarəetməni itirərək aşıb. Hadisə zamanı xəsarət alan dörd nəfər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./report/