Bakı metrosunda sərnişin qatar yoluna düşdü

22:49 01.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Gənclik” stansiyasında gənc sərnişin stansiya yoluna düşüb”.

Hafta.az apa-ya istinadən xəbər verir ki, bu haqda “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, dərhal yüksəkgərginlik çıxarılıb və təcili tibbi yardım xidməti çağırılıb.

Sərnişin stansiya yolundan çıxarılıb və ilkin tibbi yardımdan sonra öz yoluna davam edib. Hadisə qatarların hərəkətinə təsir etməyib və yubanma olmayıb.