Gümüş füçerslərinin qiyməti bir unsiya üçün 63.465 dollaradək azalaraq martın 23-dən bəri ən aşağı səviyyəyə düşüb. Ötən günlə müqayisədə (65.24 dollar) azalma 2.73% təşkil edib.
Hafta.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
Məlumata görə, qiymətlərə təzyiq edən əsas amil investorların Federal Ehtiyat Sisteminin pul-kredit siyasətinə dair proqnozlarını dəyişməsidir. ABŞ əmək bazarına dair müsbət statistikadan sonra oktyabradək faiz dərəcələrinin qaldırılması ehtimalı 40 faizə çatıb. Belə bir vəziyyət dolların möhkəmlənməsinə, istiqraz gəlirliliyinin artmasına səbəb olmaqla bərabər, faiz gəliri vəd etməyən aktivlərə marağı azaldır.
Analitiklərin fikrincə, Yaxın Şərqdə gərginliyin artması neft qiymətlərini artırır və inflyasiya təhlükəsini yüksəldir, nəticədə faiz dərəcələrinin yüksək səviyyədə qalacağına dair inam artır. Qeyd olunur ki, bu tendensiya real gəlirliliyi yüksəldir və qızıl, o cümlədən gümüş kimi passiv gəlirli aktivlər üçün ciddi maneəyə çevrilir.