Bakıda sürücü sükan arxasında öldü

22:21 10.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda sürücü sükan arxasında ölüb.

Hafta.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Davud Salman oğlu Salamov idarə etdiyi "Ford" markalı 90 JR 489 N-li avtomobildə ürək çatışmazlığından həyatını itirib.

Nəticədə avtomobil yol kənarındakı mağazaya çırpılıb.

Faktla bağlı araşdırma aparılır.