Bakı metrosunda ventilyatorların iş rejimi dəyişəcək

11:47 29.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Növbəti ayın 1-dən stansiyalarda ventilyatorların iş rejimi dəyişəcək.

Bu barədə hafta.az-a Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O qeyd edib ki, ventilyatorlar qış rejiminə keçirilir:

“Mövsüm, hava şəraiti nəzərə alınaraq ventilyatorların iş rejiminin dəyişməsi stansiyalarda sərnişinlərin rahatlığı üçün təşkil edilir. Bunun üçün xüsusi monitorinq aparılır. Qış mövsümündə bu dəyişiklik hava haqqında məlumatlara və digər məqamlara əsasən tənzimlənir”.

Qeyd edək ki, bu gün "Bakı Metropoliteni" QSC-nin "Nizami" stansiyasında əlil arabası istifadəçilərinin daşınması ilə bağlı eskalator üçün nəzərdə tutulmuş yeni texniki qurğu istifadəyə verilib. Yeni texniki qurğunun istifadəyə verilməsi "Əlçatan metro" layihəsi çərçivəsində baş tutub.

Oxunma sayı 48