Bakının 33 yerində qanvermə aksiyası keçiriləcək - Siyahı

14:14 06.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu il Məhərrəmlik ayında Aşura günü münasibətilə 25 şəhər və rayonda 33 yerdə qanvermə aksiyası keçiriləcək.

Hafta.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib edilib ki, aksiyalar 25 məscid və ziarətgahda, 8 səhiyyə müəssisəsində təşkil olunacaq. Bakıda 8 rayon üzrə 15 yerdə qanvermə aksiyası keçiriləcək. Onun 13-ü məscid və ziyarətgahlar, 2-si səhiyyə müəssisələridir. Bu il qanvermə aksiyalarının keçiriləcəyi yerlərin sayı ötən il ilə müqayisədə artıb.

Belə ki, ötən il 24 rayon və şəhər üzrə 28 yerdə qanvermə aksiyası keçirilmişdi.

Trend qanvermə aksiyalarının keçiriləcəyi yerlərin siyahısını təqdim edir:

Xatırladaq ki, sentyabrın 1-dən Məhərrəm ayı başlayıb, sentyabrın 10-da Aşura günü qeyd ediləcək.