Bali hakimiyyəti Çində SARS epidemiyası ilə əlaqədar adada təhlükəsizlik tədbirlərini gücləndirib. Təfərrüatlar barədə The Bali Sun məlumat yayıb.
Mənbənin sözlərinə görə, nəzarətin gücləndirilməsi Çində tənəffüs xəstəlikləri dalğası və onları törədən “sirli virus”la əlaqələndirilir. İlk növbədə Denpasar hava limanında potensial infeksiya daşıyıcıları müəyyən ediləcək. Pnevmoniya əlamətləri olan turistlər müayinə üçün xüsusi hazırlanmış 3 xəstəxanaya göndəriləcək. Aydınlaşdırılır ki, bu tibb müəssisələrində artıq yoluxucu xəstəlikləri olan xəstələr üçün təcridxanalar quraşdırılıb.
Nəşrin məlumatına görə, Balidə tibb işçilərinə respirator virusun təhlükələri barədə təlimat verilib. Bununla belə, yerli hakimiyyət orqanları Çindən İndoneziyaya səyahət edənlərin girişinə qadağa tətbiq etməyi hələ düşünmür. Asiya ölkəsinin Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əməl edəcəklərini qeyd edib.
Jurnalistlər onu da xatırladıblar ki, artıq Bali Hava Limanında meymun çiçəyi və Nipah virusunun yayılması ilə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görülüb. Turistlərə adanın ətrafında səyahət edərkən şəxsi gigiyenaya xüsusi diqqət yetirmələri tövsiyə olunub.