"Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) böyük bankları ikinci dərəcəli sanksiyalar riski səbəbindən rusiyalı müştəriləri ilə işləyərkən məhdudiyyətlər tətbiq etməyə başlayıb".
Hafta.az-ın “Vedomosti”yə istinadən yazdığına görə, BƏƏ bankları Rusiyadan pul qəbulunu və Rusiya müştərilərinə köçürmələri dayandırıb. Bundan əlavə, kredit təşkilatları sahibləri Rusiya vətəndaşı olan şirkətlərin bank hesablarını bağlamağa başlayıb.
“Vedomosti” qəzeti bu xəbəri rusiyalı iş adamlarına, vergi və hüquq məsləhətçilərinə, həmçinin “Business Russia” biznes təşkilatının nümayəndələrinə istinadən yayıb.
Biznes nümayəndələrinin sözlərinə görə, BƏƏ bankları ilə bağlı problemlər aşağı səviyyədə də olsa, ABŞ prezidenti Co Baydenin 2023-cü ilin dekabrında ikinci dərəcəli sanksiyalarla bağlı fərman verməsindən xeyli əvvəl başlayıb. Ruslar 2023-cü il ərzində çətinliklər yaşadılar, lakin sentyabrdan etibarən problemlər ciddi şəkildə gücləndi. Qəzetin danışdığı mənbələrə görə, indi Rusiya şirkətlərinin hesab açması demək olar ki, mümkünsüzdür.