“Sex and the City” serialının ulduzu Kim Kattrall “And Just Like That” serialının üçüncü mövsümündə rol alıb-almayacağı ilə bağlı söz-söhbətlərə son qoyub.
Hafta.az-ın “Daily Mail”a istinadən yazdığına görə, Qızıl Qlobus mükafatlı aktrisa sosial media hesabından açıqlama verərək, illərdir canlandırdığı Samanta Cons obrazının pərəstişkarlarına bəd xəbər verib.
Sosial mediada 1,6 milyon izləyicisi olan 67 yaşlı aktrisa Sarah Cessika Parkerlə uzun illər davam edən davasından sonra ikinci sezonun finalında qısa müddətə görünməklə simvolik rolunu yenidən canlandırıb. Bu, serialın pərəstişkarlarını qonaq ulduz olan Kattralın geri dönəcəyinə ümidləndirdi.
Bu ay Life & Style-ın Kttralın üçüncü mövsümə imza atdığını bildirdikdən sonra məşhur aktrisa tvit ataraq açıqlama verib. "Bu, sizin üçün çox xoşdur, amma mən qayıtmıram".
Kattral, 1998-ci ildən 2004-cü ilə qədər davam edən HBO serialının altı mövsümündə və 2008 və 2010-cu illərdə yayımlanan iki film adaptasiyasında Samantha Cons obrazını canlandırıb.
Kattral 2020-ci ildə həmkarı Sarah Cessika Parkerlə fikir ayrılıqlarının olduğunu açıqlayıb.
Liverpul əsilli aktrisa 2021-ci ildə yayımlanan “And Just Like That” filmində Parker, Kinthia Nikson və Kristin Davislə yenidən birləşməməyi seçib.
“And Just Like That” serialının üçüncü sezonu hazırda Nyu Yorkda çəkilir və premyerasının 2025-ci ildə baş tutacağı gözlənilir.