BMT Baş katibi Novruz Bayramı münasibətilə paylaşım edib

10:21 21.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

BMT Baş katibi Antoniu Quttereş Novruz bayramı münasibətilə sosial şəbəkədə paylaşım edib.

Hafta.az bildirir ki, Baş katib Twiter hesabındakı paylaşımında bunları qeyd edib:

"Bəşəriyyət misli görünməmiş çağırışlarla üzləşdiyi bir vaxtda gəlin Novruzun həmrəylik ruhunu rəhbər tutaq və harmoniyada yaşamaq və planetimizi qorumaq öhdəliyimizi təzələyək.

Hər kəsə xoşbəxt, sağlam və dinc Novruz diləyirəm".