BNA vətəndaş qəbulunu müvəqqəti dayandırdı

15:46 17.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən koranavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məsqədi ilə tətbiq edilən sosial izolyasiya tədbirlərinin davam etdiyi müddətdə Bakı Nəqliyyat Agentliyində vətəndaşların qəbulu müvəqqəti olaraq dayandırılır.

Agentlikdən hafta.az-a verilən məlumata görə, bu müddətdə vətəndaşlar Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı müraciətlərini poçt vasitəsi ilə və ya [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Sosial izolyasiya müddətində daxili görüş və iclasların təşkilində dəyişiklik edilib. Zəruri olan məsələlərin müzakirəsi informasiya və komunikasiya texnologiyalarından istifadə olunmaqla həyata keçiriləcək.