Yazını böyüt
Yazını kiçilt
Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələri - Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş olub.
Hafta.az xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar yazıb.
"Brüsseldə Hikmət Hacıyev və Armen Qriqoryanı bu formatda ikinci görüşdə qəbul etməkdən məmnunam", - deyə T.Klaar bildirib.