Bu gün Yasamalda su məhdudiyyətlə veriləcək

10:29 15.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində yeni tikilmiş magistral su kəmərindən birləşmələrin verilməsi ilə əlaqədar 15 avqust 2019-cu il tarixində gün ərzində Şəfaət Mehdiyev və Ələsgər Ələkbərov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən (ASC) hafta.az-a bildirilib.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.