Bu iki küçədə rəngləmə aparılır

13:53 04.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saat 22:00-danbaşlayaraq səhər saatlarınadək Səbail rayonu, Əziz Əliyev küçəsində və Yasamal rayonu, Əsəd Əhmədov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə hafta.az-a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən məlumat verilib.

Bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.