Bu şəxslər də işsizlikdən sığorta ödənişi ala biləcək

14:21 08.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” Qanuna təklif edilən dəyişikliklər də bir sıra mühüm məqamlar əksini tapıb. 

Artıq torpaq payı olan vətəndaşların işsizlikdən sığorta ödənişi almaq hüququ olacaq.

Layihədə qeyd edilib ki, qanuna işsizlikdən sığorta ödənişinin verilməsi üçün əsas olan əmək müqaviləsinə xitam verilməsinin əsasları əlavə edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.