Cahit Bağcı koronavirusa yoluxub 

16:36 02.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı koronavirusa yoluxub.

 

Hafta.az-ın məlumatına görə, bu barədə səfir "Twitter" səhifəsində bildirib.

 

Səfirin sözlərinə görə, özü və həyat yoldaşının COVID-19 testi pozitiv çıxıb. C.Bağcı hazırda xəstəliyi ağır qrip şəklində keçirdiklərini qeyd edib:

 

"Çox şükür durumumuz yaxşıdır. Vəziyyətimizlə yaxından maraqlanan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova və dərmanlarımızı göndərən Azərbaycan Səhiyyə Nazirliyinə təşəkkür edirik".