İran İslahatçılar Cəbhəsinin sədri Azər Mənsuri mətbuat konfransında təxminən 2 həftə sonra keçiriləcək parlament və Ekspertlər Məclisi seçkilərindən danışıb.
Hafta.az-ın “Asriran” saytına istinadən yadığına görə, anketlərin ölkə daxilində seçkilərdə iştirakın aşağı olacağını göstərdiyini iddia edən Mənsuri, "Heç bir seçkidə seçki qutusuna güvən nisbəti bu qədər aşağı düşməyib. Hadisələrin bu gedişatı milli maraqlara zərər verir. Cəmiyyətin tələblərinin seçki qutusu vasitəsilə yerinə yetiriləcəyinə inam itib” deyib.
Bu vəziyyətdən çıxmaq üçün xalqın tələblərinin nəzərə alınması lazım olduğunu vurğulayan Mənsuri islahatçıların bu mövzuda ictimaiyyətə heç bir tövsiyələrinin olmadığını qeyd edib.
Martın 1-də İranda ümumi seçkilər keçiriləcək, burada parlament və Ekspertlər Məclisinin üzvləri müəyyənləşəcək.
İslahatçılar Konstitusiya Keşikçiləri Şurası tərəfindən irəli sürdükləri şəxslərin namizədliklərinin rədd edilməsinə reaksiya verirlər. Bu prosesdə İranda bəzi islahatçılar seçkilərə etiraz edir, digərləri isə mühafizəkarların administrasiyadakı təsirini azaltmaq üçün seçki yarışında iştiraka çağırır.