Ceyhun Bayramovla Sergey Lavrov üçtərəfli bəyanatların icrasını müzakirə ediblər

14:11 21.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 21-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən hafta.az-a bildirilib ki, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı nazirlər, Ukrayna ətrafındakı vəziyyət, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.