Çindən Rusiyaya minik avtomobillərinin ixracı 6,4 dəfə artıb

10:05 23.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu ilin ilk altı ayında Çin avtomobil sənayesi Rusiya bazarına illik müqayisədə 6,4 dəfə çox olmaqla 4,6 milyard dollar dəyərində avtomobil satıb.

Hafta.az-ın Çin Baş Gömrük İdarəsinin məlumatına istinadən yazdığına görə, təkcə 2023-cü ilin iyun ayında Rusiyaya avtomobil ixracının dəyəri may ayı ilə müqayisədə 27 faiz artaraq bir milyard dolları keçib.

Rusiya Çinin minik avtomobilləri ixracında əsas hədəf ölkəyə çevrilib. Rusiyadan sonra ən çox Çin avtomobili 3,6 milyard dollarla Belçikaya satılır.

Çin bu ilin ilk altı ayında Böyük Britaniyaya 2,9 milyard, Avstraliyaya 2 milyard, İspaniyaya isə 1,9 milyard dollar dəyərində avtomobil ixrac edib.